Kanalizasiyaya görə evləri çökdü | VİDEO
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda evlərin kollektor xəttinin üzərində tikilməsi və sakinlərin konstruksiyaya müdaxilə edərək fərdi kanalizasiya xətlərini magistral xəttə qoşmaları nəticəsində sistem yararsız vəziyyətə düşüb. Artıq həmin xətt yenisi ilə əvəz olunub və yaxın günlərdə vətəndaşların evlərinə köçürülməsi nəzərdə tutulur.
Binəqədi Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, çökmüş kollektor sisteminin yenilənməsi istiqamətində son tamamlama işləri davam etdirilir. İşlər başa çatana qədər ərazidə yaşayan vətəndaşlara dövlət tərəfindən müvəqqəti kirayə haqqı ödənilir. Bütün işlər yekunlaşdıqdan sonra isə evi zərər görmüş sakinlərin məsələsinə aidiyyəti qurumlar tərəfindən baxılacaq.
Teqlər: Qəza







Vaxtında, Aydın, Lazımlı!


